Madriddə azərbaycanlı və türkiyəli ifaçıların konserti

 

Türkiyənin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə Madridin məşhur səhnələrindən olanCasino de Madrid”də azərbaycanlı pianoçu Nailə Əhmədovanın və Türkiyənin “sehrli fleytası” adlandırılan virtuoz ifaçı Şəfika Kutluerin konserti keçirilib.

İfaçılar dünya klassiklərinin əsərlərindən parçalar səsləndiriblər. Konsert böyük maraqla qarşılanıb.

Qeyd edək ki, soydaşımız Nailə Əhmədova artıq uzun illərdir Türkiyədə yaşayır. O, hazırda Ankara Dövlət OperaBalet Teatrında fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 20.