“İrəvanda xal qalmadı” tamaşası nümayiş
olunub
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib.
Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.
Əsas rolları əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa ediblər.
Tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanmış səhnə əsərinin quruluşçu rejissoru və
musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor
assistenti Rövşən Cəfərovdur.
Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 19.