Lənkəran
teatrının truppası İrandan qastrol səfərindən qayıdıb
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, kollektiv İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib. Dünyanın 30-dan çox ölkəsinin teatr kollektivlərinin iştirak etdiyi festivala Lənkəran teatrının İran dramaturqu Bəhram Beyzayinin “İlan sultan” tamaşası ilə qatılıb. Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirilən tamaşa yerli teatrsevərlər tərəfindən yüksək dəyərləndirilib.
Beynəlxalq festivalın bağlanış mərasimində
Lənkəran Dövlət Dram
Teatrının kollektivinə diplom və
xatirə hədiyyəsi təqdim olunub.
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 19.