Yeni informasiya texnologiyaları zamanın tələbidir

 

Müasir dövrdə elektron bazaların, resursların çoxaldılması, yeni internet mənbələrinin yaradılması dövlət idarəçiliyində əsas tələblərdən biridir. Bu reallıq mədəniyyət və turizm sahələrində də xüsusi aktuallıq kəsb edir. Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində informasiya və təbliğat işinin elektronlaşdırılması daima diqqət mərkəzində olub.

 

2007-ci ildə nazirliyin internet saytı (www.mct.gov.az) istifadəyə verilib. 2012 2015-ci illərdə yeni versiyaları hazırlanan sayt bu gün funksionallığı, sürətli keçidləri, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir.

Ötən dövrdə internet mənbələrinin artırılması istiqamətində bir çox işlər görülüb, tabe müəssisələrin veb saytlarının yaradılması təmin edilib. Nazirliyin 147 Çağrı Mərkəzi, daxil olan sənədlərin qeydiyyatı, daxil olan ərizə, şikayət təkliflərin qeydiyyatı, Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin reyestri sistemləri yaradılıb.

Son illər nazirlik tərəfindən bu sahədə respublika əhəmiyyətli iki layihə həyata keçirilib. Nazirliyin sifarişi ilə “SİNAM” şirkəti tərəfindən yaradılan GoMap.az - Turizm məqsədli coğrafi informasiya naviqasiya sistemi Cənubi Qafqaz Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk elektron xəritədir. Naviqasiya sisteminin elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 118 min maraq nöqtəsi (POİ), 5 min tarixi-memarlıq abidəsi, 1,2 milyon bina tikili s. əks olunub. Digər layihə isə Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən ALISA (Automated Library Information System of Azerbaijan) - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir.

Nazirlik öz fəaliyyətində mədəniyyət turizm sahələrində çalışan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da xüsusi diqqət ayırır. Mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət maliyyələşdirilməsi ilə bağlı ötən ilMədəni irs tarixi abidələrimizin təbliğimövzusunda müsabiqə keçirilib. QHT əməkdaşları üçün Quba-Qusar bölgəsinin mədəniyyət turizm müəssisələrinə infotur təşkil edilib.

Media ilə sıx əməkdaşlıqla bərabər, nazirliyin mətbu orqanları da fəaliyyət göstərir. Mədəniyyətqəzeti 1991-ci ildən nəşrə başlayıb. 2014-cü ilin aprelindən qəzetin əlavəsi olaraq aylıq “Baku Guide” bələdçi kataloqu da çap olunur. Nazirliyin digər mətbu orqanıMədəniyyət.AZjurnalının fəaliyyətində əsaslı dəyişiklik edilib, jurnal 2015-ci ilin martından yeni adla (əvvəlki adlarıMədəni maarif işiMədəni həyat”) müasir tərtibatla nəşr olunur.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 18.