Gənc mədəniyyət işçilərinin görüşü

 

Yanvarın 25-də Siyəzən Rayon Mədəniyyət və Turizm Şöbəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun fəaliyyətinin yerlərdə stimullaşdırılması məqsədilə növbəti görüş keçirilib.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin şöbə müdiri Məzahir Qarayev, rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Eyvazova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zəminə Qədirli və rayonun mədəniyyət müəssisələrində çalışan gənclər iştirak ediblər. Görüşdə perspektiv fəaliyyət planı ilə bağlı müzakirə aparılıb.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 18.