“Nabat”ın növbəti beynəlxalq uğuru

 

Rejissor Elçin MusaoğlununNabat” bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin nümayişində və təltifetmə mərasimində yaradıcı heyətin üzvləri iştirak edib. “Nabat” festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan ekran əsərinin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rollarda Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov çəkiliblər.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 16.