Yaradıcı əməyə verilən qiymət

 

Azərbaycan dövləti tərəfindən hər zaman yaradıcı insanların əməyi, mədəniyyətimizə töhfələri yüksək qiymətləndirilib.

Ötən 10 il ərzində dövlət başçısı tərəfindən 836 nəfər mədəniyyət və incəsənət xadimi orden, medal və fəxri adlara layiq görülüb. Həmçinin bu illər ərzində mədəniyyət və turizm sahəsində səmərəli fəaliyyətinə görə 183 nəfər Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi”, 26 nəfər isə “Fəxri turizm işçisidöş nişanları ilə təltif edilib.

* * *

Yanvarın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin sərəncamına əsasən təltif edilən görkəmli yaradıcı insanlardan birinə, Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

Qeyd edək ki, Maqsud İbrahimbəyov ölkə başçısının 7 may 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan teatrkino sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

Nazir yazıçının Azərbaycan teatrkino sənətinin inkişafına töhfələrindən söz açaraq onun əsərləri əsasında çoxsaylı filmlərin çəkildiyini, tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.

Maqsud İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, M.İbrahimbəyov bədii yaradıcılığa 1960-cı illərdən başlayıb, nasir, dramaturq, ssenaristrejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. Nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. OnlardanBizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Yarımçıq qalmış serenada”, “Truskavetsə kim gedəcək?”, “Gözəl bir gündə”, “Sonuncu müsahibə”, “Bayquş gələndə” və s. ekran əsərləri ölkə kinematoqrafiyasının “qızıl fonduna daxil olub.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 14.