“Formula 1” turistlər
üçün cəlbedici
idman şousudur
Ölkəmizin təmsil olunacağı
beynəlxalq turizm sərgilərində yarışla
bağlı təqdimatlar
keçiriləcək
Məlum olduğu kimi,
2016-cı ilin 17-19 iyun
tarixində Azərbaycan
paytaxtı dünyanın
ən böyük avtomobil idmanı yarışmasının - “Formula 1” dünya çempionatının
Avropa Qran-pri mərhələsinə ev sahibliyi edəcək. “Formula 1” yarışları bütün
dünyada maraq doğuran və çoxsaylı turist cəlb edən idman şousudur.
Paytaxtımızda bu yarış üçün “Bakı şəhər halqası”
adlı trek salınacaq.
Dənizkənarı bulvar
boyunca və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunun ətrafında
dövr edəcək,
20 müxtəlif çətinlikli
döngəsi olan trekdə avtomaşınlar
300 km/saat sürətlə
hərəkət edəcək.
Yarışın təşkili ilə
bağlı “Bakı şəhər halqası”
Əməliyyat Şirkəti
yaradılıb.
Yanvarın 22-də mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov və “Bakı şəhər halqası” Əməliyyat
Şirkətinin icraçı
direktoru Arif Rəhimov arasında görüş keçirilib. Görüşdə Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndələri, şirkətin
Marketinq və kommunikasiya şöbəsinin
rəhbəri Nigar Arpadarai və Bilet satışı şöbəsinin rəhbəri
Bülənt Özərdim
də iştirak ediblər.
Görüş zamanı "Formula 1” Qran-pri
yarışına hazırlıq
məsələləri müzakirə
olunub, turizm baxımından yarışın
əhəmiyyətindən söhbət açılıb. Bu istiqamətdə birgə təbliğatın aparılması
üçün müxtəlif
tədbirlərin həyata
keçirilməsi, müvafiq
fəaliyyət planının
hazırlanması qərara
alınıb.
Qarşıdakı müddətdə ölkəmizin
təmsil olunacağı
beynəlxalq turizm sərgilərində “Bakı
şəhər halqası”
Əməliyyat Şirkətinin
nümayəndələrinin iştirakı, yarış
haqqında müxtəlif
təqdimatların keçirilməsi
və turizm sənayesinin cəlb olunması, xarici mətbuat nümayəndələri
üçün birgə
press turların təşkili,
onlayn bilet satışının stendlərdə
həyata keçirilməsi
üçün müxtəlif
işlər görülməsi
haqqında fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 12.