Kitab sənəti və kitabxanalar

 

Son illər Azərbaycanda kitabxana-informasiyakitab sənəti sahəsində aparılan islahatlar, görülən işlər nəticəsində kitabxanalarımız fond zənginliyi, maddi-texniki bazası və yeni texnologiyaların tətbiqi, nəşriyyatlarımız çap keyfiyyəti və poliqrafiya imkanları baxımından dünyanın qabaqcıl ölkələri ilə müqayisə edilə bilər.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən 10 il ərzində bu sahənin inkişafına stimul verən mühüm addımlar atılıb, layihələr həyata keçirilib. Hazırda nazirliyin kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Ümumilikdə ölkə kitabxanalarının fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları saxlanılır. Ölkə Prezidentinin 2007-ci ildə imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə” sərəncam və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafında əhəmiyyətli rol oynayıb.

 

* * *

Yaşadığımız əsr müasir texnologiyalardan istifadəni zərurətə çevirib. Elektron kitabxanalar isə bu baxımdan bütün oxuculara gözəl imkanlar yaradır. Dövlətin bu sahədə ardıcıl addımları kitabı oxuculara daha da yaxınlaşdırmağa xidmət edir. Bu illərdə kitabxanaların avtomatlaşdırılması işi davam etdirilib, onların internetə çıxışı təmin olunub. Gəncə və Sumqayıt şəhərlərində, Abşeron, Balakən, Beyləqan, Hacıqabul, Ucar, Füzuli, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Zərdab rayon mərkəzi kitabxanalarında informasiya-təlim mərkəzləri yaradılıb. 2006-2013-cü illərdə bütün şəhər və rayon mərkəzi kitabxanalarının internet saytlarının oxucuların istifadəsinə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Ötən dövr ərzində Azərbaycan kitabına beynəlxalq aləmdə marağın artırılması istiqamətində mühüm işlər görülüb. Bu sırada xarici ölkələrlə aparılan kitab mübadiləsini xüsusi qeyd etmək lazımdır. Belə ki, Avstriya, Fransa, Rusiya, Pakistan, İran, Rumıniya, Belarus, Çexiya, İsveçrə, Macarıstan və s. ölkələrin kitabxanaları ilə kitab mübadiləsi həyata keçirilib. Eyni zamanda xarici ölkələrdəki Azərbaycan səfirliklərinə kitabelektron nəşrlər, lüğət və ensiklopediyalar göndərilib.

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr həyata keçirilib, dünyanın nüfuzlu kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb. Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə xarici ölkələrin milli kitabxanalarında “Azərbaycan guşəsi” yaradılıb. Bütün bu işlərin məntiqi davamı kimi nazirlik tərəfindən 2011-2012-ci illər “Kitabxanaların avtomatlaşdırılması ilielan olunub. Kitabxanaşünaslıq sahəsinin bir elm kimi inkişafı, bu sahənin mütəxəssislərinin daha müasir sistemləri mənimsəməsi məqsədilə Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET) yaradılıb, mərkəzin veb-saytı istifadəyə verilib.

2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi haqqında” dövlət başçısının sərəncamının icrası, habelə kitabxanalarda oxucu auditoriyasını genişləndirmək məqsədilə bir çox kitabxanaların oxu zallarında Wİ-Fİ zonaları yaradılıb. Bu da təbii olaraq kitabxanalarda oxucuların mütaliə imkanlarını genişləndirməsinə əlavə imkanlar açıb. Bundan əlavə, kənd kitabxanalarının fəaliyyətini yaxşılaşdırmaq və müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair Tədbirlər Planı (2015-2017-ci illər)” hazırlanıb. Bu kontekstdə şəhər (rayon) mərkəzi kitabxanalarının uşaq şöbələrinin nəzdində “Nağıl otağı” və “Nağıl guşəsi” yaradılıb və bu proses davam etdirilir.

 

* * *

Ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində qurulması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ötən on il ərzində təxminən 500 adda kitab buraxılıb, ölkə kitabxanalarına paylanılıb. Bu nəşrlərin əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması, mədəniyyət və turizm sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini əhatə edir.

Ötən müddət ərzində nazirlik tərəfindən ölkədə nəşriyyat işinin inkişafı ilə bağlı bir sıra hüquqi-normativ sənədlər və müvafiq proqramlar hazırlanıb həyata keçirilib. Həmçinin nəşriyyat sahəsinin inkişafına dəstək məqsədilə “Ölkədə nəşriyyat işikitab sənətinin inkişaf etdirilməsi üzrə fəaliyyət proqramı (2008-2012-ci illər)” və “2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı” hazırlanıb. Bununla bərabər, yaradıcı təşəbbüsləri stimullaşdırmaq, çap məhsullarının reklam, yayım və satış mühitini daha da yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işininkitab sənətinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bu gün Azərbaycan kitabı dünyanın dörd bir tərəfində yayılır, oxunur və təbliğ olunur. Dünyanın mötəbər kitab sərgi-yarmarkalarını Azərbaycansız təsəvvür etmək çətindir. Belə ki, 2006-cı ildən başlayaraq kitablarımız İsgəndəriyyə, Frankfurt, Varşava, Pekin, İstanbul, Əbu-Dabi, Saloniki, Budapeşt, Praqa, Moskva, Minsk, London, Paris, Kiyevs. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində mütəmadi olaraq nümayiş etdirilib, ziyarətçilərin böyük marağını cəlb edib.

Hər il ənənəvi olaraq keçirilən MDB ölkələrinin “Kitab sənəti” beynəlxalq müsabiqələrində Azərbaycan kitabları mükafatlar qazanır. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin müsabiqəyə təqdim etdiyi 10 kitab müxtəlif nominasiyalarda diplomlara layiq görülüb.

Bu sahənin daha mötəbər bir uğuru isə paytaxtımızın böyük kitab sərgilərinə ev sahibliyi etməsi, dünyanın bir çox ölkələrinin bu sərgilərdə iştirakının təmin olunmasıdır. Ölkə tarixində ilk dəfə olaraq 10-12 sentyabr 2009-cu ildə Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunub. Sərgi-yarmarkada 20 xarici ölkədən 30-dan çox, Azərbaycandan isə 60-dək yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak edib. Sərginin uğuru, yerlixarici nəşriyyatlar tərəfindən maraq göstərilməsi, oxucuların geniş ziyarəti nəzərə alınaraq bu ənənə davam etdirilib, 2011, 2013 və 2015-ci illərdə Bakıda sərgi-yarmarkalar təşkil olunub. Ötən ilin 16-18 sentyabr tarixində gerçəkləşən növbəti sərgi-yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALİSA layihəsinin (Automated Library İnformation System of Azerbaijan) - mərkəzləşdirilmiş elektron kitabxana sisteminin təqdimatı olub.

2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatının təsis edilməsi yeni-yeni əsərlərin yazılmasına şərait yaradıb. İki ildən bir təqdim olunan “Qızıl Kəlmə” mükafatı ilə nəsr, poeziya, tərcümə, ədəbi tənqid sahəsində dəyərli əsərlər qiymətləndirilir. 2015-ci ildə mükafatın nominasiyalarına “Uşaqlar üçün yazılmış bədii əsərlər” də əlavə edilib. Bu da ölkəmizdə uşaq ədəbiyyatının inkişafına əlavə zəmin olacaq.

Ötən 10 ilə nəzər salarkən ölkəmizin ədəbi və mədəni müstəvidə uğurlarının nəzərəçarpacaq dərəcədə artdığının şahidi oluruq. Çünki mədəniyyət sahəsində aparılan islahatlar eyni zamanda kitabxana və nəşriyyatların fəaliyyətinin yaxşılaşdırılmasına, inkişafına yönəlib.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 7.