Multikulturalizm ili”ndə dünyaya çağırış

 

BMT Sivilizasiyalar Alyansının Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin növbəti iclası

 

Məlum olduğu kimi, 2016-cı ilin 25-27 aprel tarixində Azərbaycan paytaxtı daha bir mötəbər beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək. Bununla bağlı ölkə başçısının müvafiq sərəncamına əsasən, Təşkilat Komitəsi yaradılıb. Yanvarın 27-də Təşkilat Komitəsinin 2-ci iclası keçirildi.

 

Təşkilat Komitəsinin sədri, mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirə hazırlıqla bağlı görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub qüvvəyə minib. Forumun loqotipi təsdiqlənib veb saytı (baku.unaoc.org) istifadəyə verilib.

Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə Qlobal Forumun əhəmiyyətinə toxunub tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini nəzərə alaraq 2016-cı ilin ölkəmizdəMultikulturalizm ilielan edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd olundu ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib Təşkilat Komitəsinin katibi, Mədəniyyət Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu təbirdə iştirak edib. Təqdimatda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Foruma hazırlığın vəziyyəti barədə məlumat verib.

Əbülfəs Qarayev qeyd etdi ki, Sivilizasiyalar Alyansının Qlobal Forumuna 50-dək ölkənin rəhbərləri dəvət olunacaq. Forumda BMT-nin baş katibi Ban Ki-Moonun da iştirak etməsi gözlənilir. Forum çərçivəsində 40 tədbir keçiriləcək bunun üçün lazımi şərait yaradılıb.

Keçiriləcək bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılması üçün xüsusi media planının hazırlanacağını deyən Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumun rəsmi media tərəfdaşları olacaq.

Vurğulandı ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir rəyləri yer alacaq.

Sonra Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə beynəlxalq tədbir barədə məlumat verdi. İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış məqsəddevizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər Forumun proqramına dair slayd nümayiş olundu.

Bildirildi ki, tədbir iştirakçıları baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Fevralın 20-də isə BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.

O da diqqətə çatdırıldı ki, Forumun iclasları Heydər Əliyev Mərkəzində Bakı Konqres Mərkəzində təşkil olunacaq.

İclas Foruma hazırlıq təşkilati məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirildi.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 3.