Yarım əsrin astanasında bayram təntənəsi
Aprelin 1-də Azərbaycan Dövlət Filarmoniyasında Şövkət
Ələkbərova adına 20 nömrəli
onbirillik Uşaq musiqi məktəbinin 50 illik yubileyinə həsr olunmuş konsert təqdim edildi.
Tədbirdə Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov çıxış edərək
musiqi məktəbinin
kollektivini yubiley münasibətilə təbrik
etdi, şagird və müəllim heyətinə yeni yaradıcılıq uğurları
arzuladı. Bildirildi ki,
dövlətimiz tərəfindən
yeniyetmə və gənclərin yaradıcı
inkişafına diqqət
və qayğı göstərilir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi
əhəmiyyəti var.
Vurğulandı
ki, unudulmaz müğənni Şövkət
Ələkbərovanın adını
daşıyan məktəbin
pedaqoji kollektivi sənətkarın adına layiq şəkildə tədris
həyata keçirir,
məktəbin yetirmələri
müsabiqə və festivallarda yüksək nailiyyətlər qazanırlar.
İstedadlı gənclərin
bu gün təqdim etdiyi konsert proqramı və Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri ilə birgə çıxış etməsinin
özü də bir məsuliyyət olmaqla yanaşı, məktəbdə təhsil
səviyyəsindən xəbər
verir.
Sonra Şövkət Ələkbərova
adına 20 nömrəli musiqi məktəbinin direktoru Sevda Məmmədova qonaqları salamladı, şagirdlərin hazırladığı
musiqi çələnginin
maraqla qarşılanacağına
ümidvar olduğunu dedi. O, məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı
uşaq və gənclərinə hər
zaman göstərdikləri
qayğıya görə
dövlət başçısı
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi.
Yubiley tədbiri məktəbin şagirdləri və Xalq artisti Fəxrəddin
Kərimovun rəhbərliyi
ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə çıxışları
ilə davam etdi. İkihissəli konsert proqramında şagirdlər Röya Bağırzadə, Nihad Qədirli, Fərəh Musayeva, Xeyri Məmmədli, Lalə Gözəlova, Məhta Məhəmmədəlizadə və digərlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri
səsləndi. Hər bir
çıxış maraq
və alqışlarla
qarşılandı. Məktəbin xalq çalğı alətləri ansamblı,
violin ansamblı və
müsabiqələr laureatı
olan xorunun ifası xüsusilə yadda qaldı.
Qeyd edək ki, Şövkət
Ələkbərova adına 20 nömrəli
onbirillik musiqi məktəbi 1967-ci ildə
yaradılıb. Burada görkəmli
musiqiçilər pedaqoji
fəaliyyət göstəriblər.
Onlardan xalq artistləri Ramiz Quliyev, Eldar Mansurov, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Həmid Vəkilov və digərlərinin adını çəkmək
olar. Şagirdlər 12 ixtisas üzrə
təhsil alırlar.
1993-cü ildən məktəb Şövkət
Ələkbərovanın adını
daşıyır. 2013-cü
ildə təhsil ocağının binası
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən əsaslı
təmir və yenidənqurmadan sonra kollektivin ixtiyarına verilib.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.5.