Şuşa teatrı hərbi hissədə tamaşa göstərib

 

 

   Şuşa Dövlət Musiqili Dram Teatrı Türkan qəsəbəsindəki hərbi hissədə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Enurə Abdullayevanın “ qayıq” tamaşasını göstərib.

   Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Əsas rolları Dürdanə Dünyamalıyeva və Gündüz Qasımov, digər rolları əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, Nazir Rüstəmov və başqaları oynayır.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.7.