Azərbaycan plovu Moskvada təqdim edilib

 

 

 

   Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramına həsr olunmuşPlovfestivalı keçirilib. Festivalda Azərbaycan, Özbəkistan, Tacikistan digər xalqların diasporlarını təmsil edən 30 minə yaxın qonaq iştirak edib.

   Moskva şəhəri Milli siyasət regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkov tədbiri açaraq bildirib ki, Novruz xalqları birliyə çağıran bayramdır. Rusiya paytaxtında Novruzun qeyd edilməsi ölkədə xalqlar arasında dostluğun qardaşlığın rəmzidir.

   Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, diasporumuzun nümayəndələri iştirak ediblər.

   Festival iştirakçıları milli plov növlərini təqdim etməklə yanaşı, xalq tətbiqi sənət nümunələri, milli geyimlər, suvenirlərdən ibarət sərgi təşkil ediblər.

   Azərbaycan stendiniMoskva azərbaycanlılarının milli-mədəni muxtariyyəti” təşkilatı təqdim edib. Konsert proqramında isə ölkəmiz Emil Qədirov və Nigar Rəhimova ilə təmsil olunub.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.9.