Turizm və Menecment
Universitetindən xəbərlər
Növbəti beynəlxalq konfransa ev sahibliyi
Azərbaycan Turizm və
Menecment Universiteti
(ATMU) kadr hazırlığı
ilə yanaşı turizm sahəsində elmi tədqiqatların aparılması, respublikamızda,
eləcə də xarici ölkələrdə
fəaliyyət göstərən
alimləri bir araya gətirərək fikir mübadiləsinin təşkilinə də xüsusi önəm verir. Aprelin 8-də
ATMU daha bir beynəlxalq konfransa ev sahibliyi
edəcək. Universitetin
nəzdindəki Bakı
Turizm Peşə Məktəbində keçiriləcək
“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı III
Beynəlxalq konfransda Azərbaycan, Türkiyə,
Rusiya, Bolqarıstan və Gürcüstandan tədqiqatçıların turizmin
müxtəlif sahələrinə
dair məruzələri
dinləniləcək, turizmin
dayanıqlı inkişafı,
ayrı-ayrı ölkələrin
bu inkişafa töhfəsi haqqında məlumatlar veriləcək.
Mühazirə
saatları keçirilib
ATMU və Almatı İqtisad Statistika Akademiyası
(AİSA) arasındakı ikitərəfli
əməkdaşlıq müqaviləsinin
şərtlərinə əsasən
AİSA-nın İqtisadiyyat
və menecment kafedrasının baş müəllimi Nailə Şiqanbayeva universitet tələbələri üçün
“Korporativ idarəetmə”
və “Menecmentin nəzəriyyəsi” fənlərinə
dair mühazirə saatları keçirib. Birhəftəlik mühazirə saatlarında
Qazaxıstanın turizm
sektorunda korporativ idarəetmənin rolu və son illərdə ölkələrimizin turizm
sahəsində potensial
imkanlarından faydalanmanın
səmərəsi barədə
tələbələrlə maraqlı diskussiyalar təşkil olunub. Həmçinin iki ali təhsil
müəssisəsi arasında
əlaqələrin daha
da möhkəmləndirilməsi,
prioritet inkişaf istiqamətlərinə həsr
olunmuş dəyirmi masa keçirilib.
ATMU-nun müəllimi
beynəlxalq tədbirin
iştirakçısı olub
ATMU-nun Biznes idarəçiliyi fakültəsinin
və Azərbaycan-Avstriya
Turizm Proqramının
(AATP) marketinq fənni
üzrə müəllimi
Fuad Cəfərli Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) keçirilən
“IMC Beynəlxalq magistr
günləri 2017” adlı
beynəlxalq tədbirdə
iştirak edib. Səfər çərçivəsində tələbələrə “Azərbaycanda
mobil marketinq” mövzusunda mühazirə
saatı təşkil
olunub. Tədbirdə
ABŞ, Kanada, Almaniya,
Böyük Britaniya, Çin və s. ölkələrdən müvafiq
ixtisas müəllimləri
iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunan görüş, seminar və müzakirələrdə dərslərin yeni innovativ üsullarla tədris edilməsi müstəvisində səmərəli əməkdaşlıq əlaqələri, Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 10 illik yubileyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarına sertifikatlar verilib.
Fariz
Hüseynov
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.9.