Gəncə Dram Teatrı beynəlxalq festivalda iştirak edib
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və s. ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovun bildirdiyinə görə, 18-27 mart tarixində gerçəkləşən festivalda Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsəri nümayiş olunub.
Tamaşanın rejissoru Əməkdar
artist Novruz Cəfərovdur. Baş rollarda
Xalq artisti Pərvanə Qurbanova və rejissorun özü çıxış
edib. Gəncə teatrı festivalın
diplomu ilə təltif edilib.
Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu əsər ilk dəfə
Dövlət Gənclər
Teatrında istedadlı
rejissor Hüseynağa
Atakişiyevin quruluşunda
tamaşaya qoyulub.
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.10.