Doqquz yaşlı
ifaçının uğuru
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik Uşaq musiqi məktəbinin 3-cü sinif şagirdi Cəmil Sədizadə Vladimir Kraynev adına II Moskva Beynəlxalq pianoçuların müsabiqəsində iştirak edib.
Baş idarədən bildirilib ki, on nəfərdən ibarət münsiflər heyətinin qərarına əsasən gənc pianoçu diplomant adını qazanıb.
Hazırda 9 yaşlı pianoçu növbəti müsabiqəyə hazırlaşır. O, mayın 1-dən 8-dək Gürcüstanda keçiriləcək Beynəlxalq gənc pianoçuların müsabiqəsində iştirak edəcək.
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.11.