“Qutulardakı incəsənət”
Bəhram
Bağırzadənin yeni fərdi sərgisi
açılıb
Aprelin 1-də “1969” qalereyasında "Planet Parni iz Baku" KVN teatrının aktyoru, Əməkdar artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art in boxes” (“Qutulardakı incəsənət”) adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Səbəbkar bu dəfə öz tamaşaçılarını başqa sayaq təəccübləndirib. O, yaratdığı 150-yə yaxın miniatür suvenirini ilk dəfə sənətsevərlərə təqdim edib.
Qələbəlik yaşanan sərgidə bir-birindən maraqlı əsərlər tamaşaçıların zövqünü oxşayıb. Əslində, bu sərgini də ölkəmizdə bir ilk saymaq olar. Müəllif əl işlərini düzəltmək üçün müxtəlif əşya və alətlərdən, eləcə də daha çox hazır suvenirlərdən - insan və heyvan fiqurlarından istifadə edib. Nəticədə çox fərqli sənət əsərləri yaranıb. Sərgi mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Bildirək ki, B.Bağırzadə 1972-ci ildə anadan olub. İxtisasca teatr rejissorudur. 1992-ci ildən karikatura çəkir. Onun tanınmasında "Bakılı
oğlanlar" Şən
və Hazırcavablar Klubundakı çıxışlarının
ayrıca rolu olub. Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyinin, FECO (Beynəlxalq
Karikaturaçılar Təşkilatları
Federasiyası) Azərbaycan
qrupunun üzvüdür.
2006-cı ildən
"Planet Parni iz
Baku" KVN teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. Kitab nominasiyası
üzrə "Humay"
milli mükafatına
(2012) layiq görülüb.
Sərgi aprelin 10-dək davam
edəcək.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.16.