“Zamanın musiqisi: naməlum
incilər”
Fərəc
Qarayevin əsəri Tretyakov
qalereyasında səslənəcək
Mayın 11-də Moskva Dövlət Tretyakov Qalereyasında “Yeni musiqi studiyası” ansamblının “Zamanın musiqisi: naməlum incilər” layihəsi çərçivəsində konsert keçiriləcək. Konsertdə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin əsəri də səsləndiriləcək.
Konsertdə Fərəc Qarayevin fleyta, bas-klarnet və fortepiano üçün yazdığı əsərini “Yeni musiqi studiyası” ansamblının solistləri - Marina Rubinşteyn (fleyta), Anastasiya Tabakova (qoboy), Nikita Aqafonov (klarnet), Natalya Çerkasova (fortepiano) təqdim edəcəklər.
Mədəniyyət.-
2017.- 7 aprel.- S.2.