“Qız qalası”nın növbəti
tamaşası müəllifin yubileyinə həsr olunub
Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunacaq.
Səhnə əsərinin növbəti tamaşası görkəmli bəstəkarın 110 illiyinə həsr olunub. Rolları Xalq artisti Gülağası Mirzəyev və əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edəcək.
Tamaşanın dirijoru Xalq artisti, professor
Cavanşir Cəfərovdur.
Qeyd edək ki, “Qız qalası”
baletinin ilk nümayişi
1940-cı il aprelin 16-da olub.
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.5.