Azərbaycan və Türkiyənin turizm agentlikləri arasında görüş keçirilib

 

 

 

   Aprelin 5-də Bakıda keçirilən «SUMMER TOUR Workshop» forumu çərçivəsində Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin Antalya, İzmir, Bodrum, Dalaman, həmçinin İstanbulda yerləşən hotellərin nümayəndələri arasında görüşlər keçirilib.

   400-dən artıq yerli turizm agentliyi və 60-dan artıq Türkiyə hotellərinin nümayəndələrinin iştirak etdiyi forumun əsas məqsədi Azərbaycanın turizm sənayesinin nümayəndələrini Türkiyə kurortlarının müasir hotellərinin xidmətləri ilə tanış etmək, habelə iki ölkə arasında iqtisaditurizm əlaqələrini daha da inkişaf etdirməkdir.

   Silk Way Travel” şirkətinin xarici turizm departamentinin müdiri Ayxan Əlləzli jurnalistlərə açıqlamasında bildirib ki, “workshopadlanan belə görüşlər 10 ildir ki, Bakıda Azərbaycan və Türkiyə turizm qurumları arasında keçirilir. Görüş hər il Bakıda keçirilən AİTF sərgisi öncəsi keçirilir. Məqsəd Türkiyədə fəaliyyət göstərən hotelləri Azərbaycan turizm agentliklərinə tanıtmaq, həmin hotellərin nümayəndələrinə öz xidmətləri barəsində məlumat vermək üçün şərait yaratmaq, satışları hansı istiqamətdə həyata keçirmək barədə müzakirələr aparmaq, məlumat əldə etməkdir.

   Departament rəhbəri bildirib ki, bu görüşlər nəticəsində satışlar ildən-ilə artır: “Keçən il bir az durğunluq oldu, bu il Türkiyə istiqamətində satışlar keçən ilə nisbətən 30 faiz artıb”.

  

Mədəniyyət.- 2017.- 7 aprel.- S.9.