Ölkəmiz Tbilisidə dağ
turizmi beynəlxalq konfransında təmsil
olunub
Aprelin 5-də Tbilisidə "Dağ turizminin davamlı inkişafı üçün innovasiya strategiyası" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirə 35 ölkədən nümayəndə qatılıb.
Konfransın açılışında Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifahi, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və başqaları çıxış edib, turizmin inkişafının vacibliyini qeyd ediblər. Bildirilib ki, turizmin inkişafı ölkələrin iqtisadi inkişafı ilə yanaşı, dövlətlərarası əlaqələrin genişlənməsində də mühüm rol oynayır. Çıxışlarda turizm bölgələrində tarixi, mədəni abidələrin mühafizəsinin, yerli insanların işlə təmin olunmasının, regionlar arasında münasibətlərin genişlənməsinin vacibliyi xüsusi qeyd olunub.
Azərbaycanı
konfransda Şahdağ
Turizm Mərkəzinin rəhbəri
Rüstəm Nəcəfov təmsil edib.
O, jurnalistlərə müsahibəsində deyib
ki, tədbirin məqsədi Avropa və Asiya, eləcə
də Cənubi Qafqaz ölkələrində
dağ turizminin inkişaf perspektivlərini müzakirə etmək,
təcrübə mübadiləsi aparmaqdır. Eyni zamanda Azərbaycanın
turizm imkanları, o
cümlədən dağ turizmi
barədə məlumat veriləcək.
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.9.