Opera və
Balet Teatrının solisti Belarus səhnəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
aparıcı solisti, Əməkdar artist İnarə
Babayeva aprelin 8-də Minskdə, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının
səhnəsində çıxış
edəcək.
İnarə Babayeva
italyan bəstəkarı Cüzeppe
Verdinin “Riqoletto”
operasında əsas rollardan birini - Cilda
partiyasını ifa edəcək. O, səhnəni
Riqoletto rolunun
ifaçısı Vladimir Qromovla
bölüşəcək. Bundan başqa, səhnə əsərində Hersoq rolunu ifa
etmək üçün Lvov
Milli Operasının (Ukrayna)
solisti Mixail Malafiy dəvət olunub.
Tamaşanın dirijoru italiyalı maestro Canluka Marçianidir. Qeyd edək
ki, azərbaycanlı
vokalçının iştirak edəcəyi
tamaşa Belarusun
görkəmli opera müğənnisi, Xalq artisti Yuri
Bastrikovun xatirəsinə həsr olunacaq.
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.11.