Müqayisəli ədəbiyyatşünaslığın
aktual problemləri müzakirə olunub
Aprelin 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransa təqdim olunan məruzələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilib, ədəbi əsərlər, janr və üslublar, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunub, ədəbiyyatşünaslıq məsələlərinə fəlsəfi, sosioloji, tarixi kontekstdən yanaşılıb.
“Mədəniyyətlərin
dialoqu: Şərq və Qərb təmasları”,
“Bədii tərcümə ədəbiyyatların
inteqrasiyasının əsas amili kimi” və “Şərq-Qərb dixotomiyası kulturoloji kontekstində” mövzulu
üç seksiyada
ümumilikdə 56 məruzə dinlənilib.
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.12.