İçərişəhərdə “Bahar” sərgisi açılıb

 

 

   İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbi şagirdlərinin “Bahar” adlı rəsm sərgisi açılıb.

   Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşib. Sərgidə məktəbin şagirdlərinin bahar fəslinə həsr edilmiş müxtəlif janrlı əsərləri nümayiş olunub.

   2010-cu ildən fəaliyyət göstərən “Arts School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının layihəsidir və gənc rəssamların sənətə olan marağını inkişaf etdirmək məqsədi daşıyır. Layihənin rəhbəri Sona Quliyevadır.

   Sərgi aprelin 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.15.