"Baku Guide" ilə ticarət və istirahət bir arada
Bələdçi
kataloqunun aprel sayında Bakı Şopinq Festivalına geniş yer ayrılıb
Aprelin 10-da paytaxtımızda başlayacaq
ilk Ticarət festivalı
(“Baku Shopping Festival”) xarici turistlərə
və yerli sakinlərə bir ay ərzində sərfəli
ticarət imkanları
yaratmaqla yanaşı,
geniş mədəni
proqram, tarixi məkanlara ziyarət və rəngarəng əyləncələrlə dolu
mənalı istirahət
də vəd edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət"
qəzetinin əlavəsi
olaraq nəşr olunan "Baku Guide" bələdçi
kataloqunun aprel buraxılışının da
əksər səhifələri
Bakı Şopinq Festivalına həsr edilib. Xatırladaq ki, ölkə
başçısının “Azərbaycan Respublikasında
turizmin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” sərəncamına
əsasən keçirilən
festivalın təşkili
nazirliyin nəzdində
fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosuna həvalə
olunub.
Üç dildə (Azərbaycan, rus, ingilis) nəşr
olunan bələdçi
kataloqunun bu sayında Bakı Şopinq Festivalı haqqında ətraflı məlumat, festival günlərində
paytaxt teatrlarının
repertuarı və ayrı-ayrı tamaşaların
anons-təqdimatı, konsert
müəssisələrinin proqramları, kino mərkəzi və sinema zallarında nümayiş olunacaq filmlərin afişası,
muzeylərdə, sərgi
salonlarında şəhər
sakinlərini və qonaqları gözləyən
maraqlı tədbirlər,
tarix-mədəniyyət qoruqlarına
ziyarət və s. ilə bağlı dolğun materiallar dərc olunub.
Onu da qeyd edək
ki, "Baku Guide" bu
buraxılışından etibarən paytaxtın tarixi-mədəni məkanlarını
ziyarət etmək istəyənlərin işini
asanlaşdırmaq, gedəcəkləri
marşrutları müəyyən
etmək üçün
müvafiq səhifələrdə
smart telefon və digər mobil cihazlarla “oxunan” xüsusi mobil naviqasiya əlavələri
də təqdim edir.
Ənənəvi olaraq aprel ayında paytaxtımızda
turizm sektorunun ən böyük tədbiri - Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər”
sərgisi (AİTF) keçirilir.
6-8 aprel tarixini
əhatə edən sayca 16-cı sərgi -
“AİTF 2017” haqqında məlumat,
Bakı Ekspo Mərkəzində keçiriləcək
təqdimat və tədbirlər haqqında
məlumat da nəşrin bu sayında yer alıb.
Kataloqun aprel sayında həmçinin ötən
ay Novruz təntənələri
ilə bir arada qeyd edilən
və müxtəlif ölkələrdən gəlmiş
çoxsaylı turistlərin
həvəslə qatıldıqları
tədbirlər - ilk dəfə
Mədəniyyət və
Turizm Nazirliyinin Milli Turizm Təbliğat
Bürosunun təşkil
etdiyi Novruz festivalı, İçərişəhərdə
gerçəkləşən ənənəvi beynəlxalq
“Bahar qalası” festivalı haqqında təəssürat qeydləri
yer alıb.
Ölkəmizə gələn xarici
qonaqların maraq göstərdikləri xatirə
və hədiyyəlik
əşyalar arasında
kəlağayılar xüsusi
yer tutur. Azərbaycan kəlağayıları geyim
üçün dəb
aksessuarı kimi də turistlər arasında populyardır.
“Kəlağayı - zəriflik simvolu” yazısı naxışlı
ipək yaylıq haqqında bilgi almaq istəyənlərə
bələdçilik edəcək.
May ayında
Bakıda IV İslam Həmrəyliyi Oyunları
keçiriləcək. İyunda isə paytaxtımız Formula-1 üzrə
Azərbaycan Qran-prisinə
ev sahibliyi
edəcək. Bələdçi kataloqunda hər iki möhtəşəm idman yarışına hazırlıq, bu tədbirlərin xalqlar arasında əlaqələrə,
mədəni irsimizin təbliğinə və bu vəsilə ilə turizm əlaqələrinin inkişafına
töhfəsi barədə
söz açılır.
Bu ildən ölkəmizə gəlmək
istəyən turistlər
üçün tətbiq
olunan mühüm yenilik - “ASAN Viza” xidməti, eləcə də keçən ildən tətbiqinə başlanılan “Tax free” sistemi
və onun şərtləri barədə
material da əcnəbi
qonaqların diqqətini
çəkəcək.
Paytaxtımızı
yaxından görüb
tanımaq istəyənlər
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən “Baku City Tour”, şəhər turunun marşrutu, göstərilən
xidmətlər barədə
məlumatla tanış
ola bilərlər.
“Turistlər üçün
informasiya” bölməsində onları
maraqlandıra biləcək suallar ətraflı
cavablandırılır. Turizm agentləri,
aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları,
avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin
əlaqə nömrələri və s. məlumatlar
da kataloqda əksini
tapıb.
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.16.