Gənc rəssamınYeddi gözəl”i

 

 

 

   Sərgiİslam həmrəyliyi ili”nə həsr olunub

  

   Aprelin 11-də Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssam Cəlal AğayevinYeddi gözəladlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirildi. Sərgidə sənətsevərlər ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

   Tədbiri giriş sözüylə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev açaraq Cəlal Ağayevinİslam həmrəyliyi ili”nə həsr olunan sərgisinin təqdirəlayiq hadisə olduğunu bildirdi. O, müəllifin yaradıcılığını fotolar vasitəsilə izlədiyini, bu sərgidə rəssamın yaradıcılığı ilə canlı şəkildə tanış ola biləcəyini söylədi. Nazir müavini rəssama yeni uğurlar dilədi.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssam C.Ağayevin ümidverici rəssam olduğunu dilə gətirdi, onun gələcəkdə daha yaxşı əsərlər yaradacağına inandığını bildirdi.

   Xalq rəssamı Cəmil Müfidzadə tələbəsi C.Ağayevi yaxından tanıdığını, onun istedadına bələd olduğunu vurğuladı, sərginin tamaşaçılarda böyük təəssürat yaradacağını söylədi.

   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev müəllif haqqında xoş sözlərini dilə gətirdi, C.Ağayevin çağdaş təsviri sənətimizin istedadlı nümayəndələrindən biri kimi gələcəyinə inandığını bildirdi.

   Sonda C.Ağayev sərginin təşkilində zəhməti keçən hər kəsə sayğısını ifadə etdi. Sərginin açılışını bildirən lent kəsildi, tamaşaçılar əsərlərlə yaxından tanış oldular.

   Bildirək ki, gənc rəssamın ilk sərgisində 50-dən çox əsər nümayiş olunur. C.Ağayev impressionistdir. Onun əsərlərində rənglər başlıca rol oynayır. Rəssam rənglərdən ustalıqla istifadə edir, tamaşaçını öz təsirinə salmağa çalışır.

   Tədbirdə rəssamın əsərlərinin toplandığı kataloq da təqdim edildi. Sərgi aprelin 13-də başa çatacaq.

  

   S.Qaliboğlu 

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.2.