Şopinq festivalı MDB məkanında ilk dəfə Azərbaycanda keçirilir
Bakı Şopinq Festivalı MDB məkanında ilk dəfə həyata keçirilən belə bir layihədir. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, festivala hazırlıq zamanı dünya təcrübəsi öyrənilib. Dubayda, İstanbulda, digər şəhərlərdə bu cür şopinq festivalları təşkil olunur və turist axınına çox müsbət təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu festival ilk dəfə paytaxtımızda keçirilir. Üstəgəl, dünya təcrübəsində ilk dəfə olaraq "Tax free" (malın əlavə dəyər vergisinin qaytarılması) xarici turistlərlə yanaşı, həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq: “Bu isə nəinki turizmin, ümumiyyətlə, ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır”.
Nazir
vurğulayıb ki, ilk
dəfə keçirilən festival müəyyən
sınaq müddəti tələb edir. Harada çətinliklər olarsa,
bizim qaynar xətlərə
müraciət etmək lazımdır. Festivalın
keçirilməsinə dövlət qurumları, o cümlədən, maliyyə, gömrük, vergi, mədəniyyət
və turizm sektoru cəlb
olunub və hər biri
öz töhfələrini verib: “Bizim fikrimiz
var ki, bu
festivalı ildə iki dəfə
keçirək. Bizim ehtimallarımıza
görə, bu ticarət festivalı
çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait
daxil olacaq. Hesab edirəm ki, bu gözəl bir fürsətdir,
amma bunu peşəkarlıqla,
həssaslıqla və diqqətlə yerinə yetirmək
lazımdır".
Mədəniyyət.- 2017.- 12
aprel.- S.3.