Həm ziyarət, həm ticarət
Bakı Şopinq Festivalı başlandı
Azərbaycan paytaxtında ilk dəfə
təşkil olunan Ticarət festivalı -
“Baku Shopping Festival” aprelin 10-da fəaliyyətə başladı. Prezident
İlham Əliyevin
2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında”
sərəncama əsasən
keçirilən festivalın
təşkilatçısı Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosudur.
Aprelin 10-da İçərişəhərdə,
Qoşa qala qapısında Bakı Şopinq Festivalının
açılışına həsr olunmuş şou-proqram təşkil
olundu. Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Konqreslər Bürosu və İçərişəhər
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
dəstəyi ilə təşkil edilən konsert proqramında tanınmış incəsənət
ustaları çıxış
etdilər.
Mətbuata açıqlama verən
Mədəniyyət və
Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Vüqar Şixəmmədov
ölkəmizdə ilk dəfə
təşkil olunan Ticarət festivalına marağın yüksək
olduğunu bildirdi.
Qeyd etdi ki, “Baku Shopping Festival” çərçivəsində
bir sıra mədəni tədbirlər
təşkil olunacaq:
“Bu gün keçirilən
şou-proqram bu qəbildən ilk tədbirdir.
Bir ay müddətində
- 10 may tarixinədək şou-proqramlar,
əyləncəli tədbirlərlə
yanaşı, müxtəlif
satış-yarmarkaları təşkil
ediləcək. Bundan başqa,
Sabir bağında Mədəniyyət və
Turizm Nazirliyinin Milli Turizm Təbliğat
Bürosu tərəfindən
cümə və şənbə günləri
mədəni tədbirlərin
təşkili planlaşdırılır.
Proqramdan
da gördüyü kimi, festival özünəməxsus
yeniliklər, maraqlı
mədəni tədbirlər
və sürprizlərlə
zəngindir. Azərbaycanın zəngin mədəniyyətini,
turizm imkanlarını,
eləcə də ticarət potensialını
əks etdirəcək
festival ilk gündən ziyarətçilərin
və iştirakçıların
böyük axınına
səbəb olduğu
hiss olunur”.
Vurğulandı ki, bir çox ölkələrdən
turistlərin diqqətini
cəlb edən
festival zamanı əyləncə
ilə alış-verişin
vəhdəti hər bir iştirakçı üçün yaddaqalan olacaq. Həm ziyarət, həm ticarət baxımdan yeniliklər olacaq: “Bakı Şopinq Festivalı paytaxt sakinlərini və şəhərimizin qonaqlarını
tədbirlərimizə fəal
qoşulmaqla, təqdim
ediləcək maraqlı
sürprizlərin canlı
şahidi olmağa dəvət edir”.
Şöbə
müdiri onu da bildirdi ki,
“Baku Shopping Festival”ına
iştirak üçün
110-a yaxın mağaza,
50-yə yaxın hotel və
restoran qoşulub. Dünyada əsasən xarici turistlər üçün
nəzərdə tutulan
“Shopping festival”ları məhz
ilk dəfə Azərbaycanda
yerli vətəndaşları
da əhatə edir. Festival günlərində
100 manat və daha çox alış-veriş edən
hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı aldığı
malın ƏDV-sini
(18 faiz - müvafiq xidmət rüsumu çıxılmaqla) geri
ala biləcək: “ƏDV-nin
qaytarılması sisteminə
qoşulmuş obyektlərin
üzərində xüsusi
“Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilib. Yalnız
həmin nişan
olan obyektlərdən
mal alan şəxslərə
ƏDV qaytarılacaq. ƏDV-lərin qaytarılması
üçün Vergilər
Nazirliyi ilə birlikdə 7 alış-veriş
mərkəzində xüsusi
köşklər quraşdırılıb.
Bu köşklərdə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən
xidmət aparılır.
Xarici turistlərlə yanaşı,
yerli vətəndaşlar
da alış-veriş
etdiklərini təsdiq
edən qəbzlərlə
həmin köşklərə
yaxınlaşıb qəbzi
təsdiq etdirərək,
ticarət mərkəzlərində
olan müvəkkil bankların birindən malın əlavə dəyər vergisini geri ala bilərlər”.
Qeyd edək ki,
festival və tədbirlərin
təqvimi barədə
ətraflı məlumatı
www.bakushopfest.com saytında (Azərbaycan, ingilis, rus, ərəb dillərində) almaq olar.
Mərasim iştirakçıları açılış şou-proqramını
izlədilər. DJ İlham
Əmirovun müşayiəti
ilə reallaşan şou-proqramda “Natiq” ritm qrupu, “Qaya”
ansamblı, müğənnilər
Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər
müğənnilərin çıxışları,
eləcə də, milli və xarici
rəqslər Bakı
sakinləri və paytaxtımızın qonaqları
tərəfindən maraqla
qarşılandı.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 12
aprel.- S.8.