Turizm və rekreasiya:
problemlər və perspektivlər
Beynəlxalq konfrans keçirildi
Aprelin 8-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı
ilə bu ali məktəbin
nəzdindəki Bakı
Turizm Peşə Məktəbində “Turizm
və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda üçüncü
beynəlxalq konfrans keçirildi.
Tədbirin moderatoru, ATMU-nun Turizm
kafedrasının müdiri
Bahadur Bilalov diqqətə çatdırdı
ki, artıq üçüncü dəfədir
təşkil edilən
konfransda xarici ölkələrdən olan
tədqiqatçıların turizmin inkişafı ilə bağlı səsləndirdikləri fikirlər
tədbirin əhəmiyyətini
daha da artırır.
Konfransla eyni vaxtda Bakıda
keçirilən “AİTF-2017” turizm sərgisi barədə məlumat verən ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov diqqətə çatdırdı ki, beynəlxalq sərgidə
bu ali məktəbin
də stendi yerləşdirilib. O, iştirakçılara
ATMU-nun fəaliyyəti haqqında
məlumat verdi.
Vurğuladı ki, “Azərbaycan
Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə
ATMU-nun üzərinə xüsusi
öhdəliklər qoyulub.
Rektor əvəzi paytaxtımızda
ilk dəfə təşkil
olunan Ticarət festivalı - “Baku Shopping Festival” barədə danışaraq
qeyd etdi ki, festivalın təşkilinə töhfəsini
vermək üçün
ATMU-nun 200-dək tələbəsinə xüsusi təlimlər keçilib.
ATMU-nun inkişaf məsələləri
üzrə prorektoru İranə Əliyeva və digər çıxış edənlər
konfransın turizm sahəsinin inkişaf etdirilməsində qarşıya
çıxan problemlərin
müzakirəsi baxımından
əhəmiyyətini vurğuladılar.
Konfransda Azərbaycan, Türkiyə,
Rusiya, Bolqarıstan və Gürcüstandan olan tədqiqatçıların
turizmin müxtəlif
sahələrinə dair
33 məruzəsi dinlənildi.
Müvafiq mövzu ilə
bağlı fikir mübadiləsi aparılan
tədbirdə XXI əsrdə
turizmin dayanıqlı
inkişafı, ayrı-ayrı
ölkələrin bu
inkişafa töhfəsi
barədə məlumat
verildi.
Fariz
Mədəniyyət.- 2017.- 12
aprel.- S.8.