Naxçıvanda Kətə festivalı keçirilib
Aprelin 8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-memarlıq muzey kompleksində Kətə festivalı keçirilib.
Fstivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilib.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansambllarının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Aşıqlar Birliyinin aşıqlarının və “Şərur” Xalq yallı ansamblının ifaları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ötən il Naxçıvanqalada “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - bal” festivalları da keçirilib.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.10.