“İrs”
folklor ansamblının
diskləri buraxılıb
AMEA Folklor
İnstitutunun “İrs”
folklor ansamblının
diskləri toplu halında buraxılıb.
İnstitutun Folklor studiyasının təqdim
etdiyi 2 diskdə “İrs” folklor ansamblının repertuarından
muğam, təsnif, aşıq havaları, xalq və bəstəkar
mahnıları yer alıb.
Tərtibçilər
AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, filologiya
üzrə fəlsəfə
doktoru Elçin Abbasov, səs rejissoru Mahir İbrahimov, redaktorlar Qasım Nağıyev və Təranə Abdullayevadır.
«İrs» folkor ansamblı 1976-cı ildə folklor tədqiqatçısı, musiqişünas Sidqi Mustafayev və mərhum bəstəkarımız Rəşid Nəsiboğlu tərəfindən yaradılıb. 1981-ci ildə ansambla dövlət statusu verilib. Ansambl 2002-ci ildən AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir. Hazırda ansambla respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova rəhbərlik edir.
Ansambl fəaliyyəti dövründə Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani», «Azaflı dübeytisi», muğamlardan «Nəva», meydan tamaşalarından «Kosa-Kosa», «Toyuq aparan», «Qaravəlli» və s. bərpa edib.
Soltan
Mədəniyyət.- 2017.- 12
aprel.- S.11.