Bilik Fondunda Xalq yazıçısı ilə
“İmzalı görüş”
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri keçirilib. Bu dəfə layihənin qonağı Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar olub.
Ali məktəb tələbələrinin, ədəbiyyatsevərlərin qatıldığı tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq qonağı salamlayıb, “Mədəni maarifləndirmə” proqramı haqqında ətraflı məlumat verib. İcraçı direktor müasir gənclərin mütaliəyə marağının gücləndirilməsi üçün belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, Xalq yazıçısı Anarın yaradıcılığından, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində böyük xidmətlərindən bəhs edib.
Bilik Fondunda təcrübə keçən tələbələrin yazıçının həyat yolu və yaradıcılıq uğurları ilə bağlı hazırladıqları videomaterialı iştirakçılar maraqla qarşılayıb.
Sonra şair Əjdər Ol, professor Rahid Ulusel yazıçının yaradıcılığından söz açıblar.
Səmimi mühitdə keçən görüşdə yazıçı ona verilən sualları ətraflı cavablandırıb, müəllifi olduğu əsərlərin müzakirəsi maraqlı məqamlarla yadda qalıb. Sonda gənclərə Xalq yazıçısı Anarın imzalı kitabları paylanıb.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.13