Gənc musiqiçilərin növbəti respublika festivalı
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) böyük
zalında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris
repertuarında” II Respublika
festivalının açılış
mərasimi keçirilib.
Layihənin ideya müəllifi və rəhbəri
professor Tərlan Seyidov,
festivalın münsiflər
heyətinin sədri
BMA-nın rektoru, Xalq artisti, professor
Fərhad Bədəlbəylidir.
BMA-nın məktəb-studiyasının bazasında
- eksperimental laboratoriyasında
keçirilən budəfəki
festivalın xüsusiyyəti
ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə
ərzində Azərbaycan
bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini
hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə,
yəni milli ladların səs sıralarını və
kandensiyalarını ifa
etməklə təqdim
etməlidirlər.
Festival dörd nominasiya (fortepiano, simli alətlər, nəfəs alətləri və vokal) üzrə keçirilir. İştirak üçün Bakının və respublikanın 19 regionundan 110-dan çox ərizə verilib. Aprelin 17-də laureatların yekun konserti və diplomların təqdimi olacaq.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.13.