Yusif Səmədoğlunun romanı
Türkiyə oxucularına təqdim olunub
Xəbər verdiyimiz kimi, 2016-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinə başlanılıb. Layihə üzrə Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.
Ötən
müddətdə Yusif Vəzir Çəmənzəminli
“Qan içində. İki
od arasında”, Cəlil Məmmədquluzadə
“Danabaş kəndinin əhvalatları”
kitabları türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Bugünlərdə isə layihə
çərçivəsində Xalq
yazıçısı Yusif Səmədoğlunun
“Qətl günü” romanı türk dilində çapdan
çıxıb. Azərbaycan əsilli tanınmış
şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi
əsərdə üç müxtəlif
dövrün ictimai-siyasi
mühiti və bu
dövrlərdə insanın faciəsi magik
realizm üslubunda qələmə
alınıb.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.15.