“Azərbaycan xalqının “tərcümeyi-halı”
ərəb dilində işıq üzü
görüb
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb.
Mərkəzdən verilən məlumata görə, kitab azərbaycanlıların millət kimi formalaşma dövrləri və mərhələlərindən bəhs edir. Kitabın müəllifi AMEA-nın müxbir üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin müəllifi Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Əl-Aydidir.
Nəşrdə
Azərbaycan xalqının zəngin etnik,
siyasi və mədəni ənənələri
əsasında milli mənliyini qoruyub saxlaması, demokratik
inkişaf yolu ilə
irəliləməsi, özünü dünya çapında təsdiq etməsi tarixi faktlar və sənədlərlə
əksini tapıb.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.15.