“Sənsiz nəğmə yoxdur”
Kreml Sarayında Müslüm
Maqomayevin 75 illiyinə həsr edilmiş konsert
Mayın 31-də Dövlət Kreml Sarayında Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Sənsiz nəğmə yoxdur” adlı konsert proqramı təqdim ediləcək. Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında reallaşacaq.
Dövlət Kreml Sarayının saytında yer alan məlumatda bildirilir ki, konsertdə Dmitri Yurovskinin dirijorluğu ilə “Rus filarmoniyası” Moskva simfonik orkestri, habelə Rusiya Dövlət Akademik Böyük Teatrının, K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Y.Kolobov adına Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər. Konsertin xüsusi qonağı Vasilisa Berjanskaya (metso-soprano) olacaq.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.3.