Mədəniyyət və Turizm Nazirliyində GUAM-ın baş katibi ilə görüş
Aprelin 13-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Görüşdə ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlardan söz açan nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” turizmin bütün növlərinin inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsini, bu sahədə maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Söhbət əsnasında turizm sahəsində aparılmış uğurlu siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizə ilk növbədə Körfəz ölkələri, İran və MDB ölkələrindən gələn turist sayında mühüm artım dinamikası barədə məlumat verilib.
GUAM-ın baş katibi öz növbəsində təşkilat tərəfindən mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr, habelə Dünya Turizm Təşkilatı və GUAM arasında imzalanması nəzərdə tutulan memorandum barədə məlumat verib.
Daha sonra
GUAM-Yaponiya əməkdaşlığı
çərçivəsində 29 yanvar - 4 fevral tarixlərində Yaponiyada
keçirilmiş seminarın
nəticələri, GUAM-a üzv
ölkələrin Yaponiyada
keçiriləcək növbəti
JATA turizm sərgisində
vahid stendlə təmsil
olunması, həmin sərgi çərçivəsində
GUAM ölkələrinin turizm
potensialının təbliği
məqsədilə təqdimatın
təşkil edilməsi,
üzv ölkələrdə
Yaponiyanın media və turizm sənayesi nümayəndələrindən
ibarət heyətlər
üçün tanışlıq
səfərlərinin keçirilməsi,
yapondilli bələdçilərin
hazırlanması, bu
ölkələr üzrə bələdçi
kitabçalarının hazırlanması və digər məsələlər
müzakirə edilib.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.7.