Ticarət festivalı
necə davam edir?
“Baku Shopping Festival”a
qoşulmuş mağazalarda
alıcı sıxlığı
müşahidə olunur
Ötən il sentyabrın
1-də Prezident İlham
Əliyevin “Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında”
sərəncamı ilə
ölkəmizdə turizmin
inkişafı üçün
bir sıra addımların atılması
nəzərdə tutulurdu.
Həyata keçiriləcək tədbirlərdən biri də Bakıda Şopinq festivalının
təşkil olunması
idi.
Bu cür
festivallar dünyanın
bir sıra şəhərlərində keçirilir.
Onların arasında İstanbul
və Dubay şopinq festivalları xüsusilə məşhurdur.
Hər “İstanbul Shopping Festival”a
1 milyona yaxın xarici turist gəlir,
onların arasında azərbaycanlılar da var.
Belə bir festival ölkəmizdə ilk dəfə
təşkil olunacağından,
tədbirə böyük
maraq vardı. Aprelin 10-da start verilən “Baku Shopping Festival”ın
gedişi də bunu təsdiq edir.
Xatırladaq ki, festivalın
təşkili Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosuna həvalə
olunub. Eyni zamanda Vergilər
Nazirliyi və digər aidiyyəti qurumlar da bu
işdə yaxından
iştirak edir.
Alıcılar
arasında xanımlar
üstünlük təşkil
edir
Festivala 110-a yaxın mağaza,
50-dək hotel və restoran
qoşulub. İri ticarət
mərkəzlərində alınan
malların əlavə
dəyər vergisinin
(ƏDV) geri qaytarılması
(“Tax free”) işinin təşkili
üçün Vergilər
Nazirliyinin məlumat köşkləri qurulub.
Biz də
şəhərimizin əsas
ticarət mərkəzlərində
olub, “Baku Shopping Festival - Tax Free” stikeri yapışdırılan
mağazalarda insanların
marağını öyrənməyə
çalışdıq.
Baş çəkdiyimiz bir neçə ticarət mərkəzində
Şopinq festivalına
qoşulmuş dükanlarda
satıcılar alıcı
sıxlığının olduğunu dedilər.
Brend mağazalardan birinin satıcısı Elnarə
İsayeva bildirir ki, alıcılar arasında xanımlar üstünlük təşkil
edir. Xarici turistlərdən isə ərəb ölkələrindən olan
vətəndaşlar daha
çoxdur.
Elə həmin mağazada
alıcılardan Leyla
Hacıyevanın fikirlərini
öyrənirik. Leyla
xanım deyir ki, alış-verişi sevməyən qadına rast gəlmək çətin məsələdir:
“Mən özüm də tez-tez müxtəlif ticarət mərkəzlərindən alış-veriş
edirəm. Qiymətlər
isə son bir il ərzində
daha da yüksəlib.
Ona görə də belə bir Ticarət
festivalında endirim və ƏDV-lərin geri qaytarılması kimi imkandan yararlanmaq
istəyirəm”.
Festivalın təşkilatçısı qismində çıxış
edən Azərbaycan Konqreslər Bürosunun əməkdaşı deyir
ki, gün ərzində həm yerli vətəndaşlar,
həm də xarici turistlər köşklərə yaxınlaşıb
festival haqqında məlumat
alırlar. İnsanlar daha
çox ƏDV-nin necə qaytarılması haqqında bilgi almağa çalışırlar.
Müsahibim bildirir ki, maraqlananlara festival müddətində
təşkil olunan mədəni proqramlar haqqında da məlumat verilir.
ƏDV necə geri alınır?
Vergilər Nazirliyinin əməkdaşı
qeyd edir ki, alış-veriş edən hər bir şəxs qoyulan 100 manat limitindən az
olmayaraq məbləğin
ƏDV-sini həmin gün ərzində geri ala bilər. Bu imkandan istifadə
etmək üçün
festival keçirilən yerdə
alış-veriş etmək
lazımdır. Azərbaycan vətəndaşları,
əcnəbilər və
vətandaşlığı olmayan şəxslər də bu fürsətdən
yararlana bilərlər.
Həmsöhbətim deyir ki, ödənilmiş ƏDV-ni 3 addımdan ibarət sadə təlimatdan istifadə edərək rahatlıqla geri almaq mümkündür. Birinci addım festival keçirilən yerdə alış-veriş edilən zaman ƏDV-ni qaytarmaq hüququ verən xüsusi blankın doldurulması üçün satıcıya şəxsiyyəti təsdiq edən sənəd təqdim olunur. Satıcı şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etdikdən sonra alıcıya 2 nüsxədə imzalanmış, möhürlə təsdiq edilmiş blank təqdim edir. Bu blankda digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği və qaytarılacağı son tarix göstərilir. Bu imkandan istifadə etmək üçün alıcının bir blank üzrə aldığı malların dəyəri ƏDV ilə birlikdə ən azı 100 manat olmalıdır. İkinci addımda əldə olunan blankı festival dövründə fəaliyyət göstərən ƏDV köşklərindən birinə təqdim etmək lazımdır. ƏDV köşkündə vergi orqanı əməkdaşı yoxlama apardıqdan sonra blankda xüsusi qeydlər etməklə onu möhürləyib geri qaytarır. Üçüncü addımda isə təsdiq olunmuş blankı müvəkkil banka təqdim etməklə ƏDV geri alınır.
Fariz
Mədəniyyət.- 2017.- 14
aprel.- S.8.