“Bakı-2017”nin su səyahəti KürArazdan keçib

 

 

 

   “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti bölgələrdə davam edir. Naxçıvan və Astaradan sonra mərasim aprelin 11-də Şirvan şəhərində davam edib.

   Əvvəlcə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsindən su götürülüb. İdmançılar “Bakı-2017”nin su qabını doldurub, Heydər Əliyev meydanında keçiriləcək festivala yola düşüblər.

   Sonra Şirvan şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmişDomestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

   Yarışmada 100 şagird idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıb, qaliblərə diplomlar, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

   Axşam saatlarında Şirvan şəhərindəki Heydər Əliyev meydanında su festivalı keçirilib. “Mirvari” rəqs qrupunun, Afaq AbbasovaSabit Abdullayevin ifaları mərasim iştirakçılarına xoş ovqat bəxş edib.

   Aprelin 13-də IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb. Sabirabadda səyahət Suqovuşan kəndindən - KürAraz çaylarının qovuşduğu yerdən start götürüb. İdmançılar Kür və Arazın qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edib.

   Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda başa çatacaq.

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.10.