“Keşikçidağ
gənc rəssamların fırçalarında”
Beynəlxalq
abidələr və tarixi yerlər günü münasibətilə müsabiqə
18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda ənənəvi olaraq ekskursiyalar təşkil edilir. Bu dəfə həmçinin rayon məktəbliləri arasında “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bununla
əlaqədar gənc rəssamların qoruğa
yürüşü təşkil olunub. Keşikçidağ
mağaralar kompleksindəki abidələrin
canlı şahidi olan
gənclərin çəkdikləri 60-a qədər rəsm Ağstafa şəhər Heydər Əliyev Mərkəzində
təşkil ediləcək sərgidə nümayiş
olunacaq, qaliblər
mükafatlandırılacaq. Bununla
yanaşı əvvəlki illərdə gənc rəssamların
Keşikçidağla bağlı
çəkdikləri 150-yə yaxın rəsm də sərgidə
təqdim olunacaq.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.12.