Aprel döyüşlərinin qəhrəmanına
həsr olunmuş filmin
təqdimatı
Aprelin 12-də Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant, Milli Qəhrəman Murad Murzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən, o cümlədən üzləşdikləri işğal faktından bəhs edib. Bildirib ki, təqdim olunan film Mətbuat Şurası ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə layihəsi əsasında hazırlanıb. Vurğulanıb ki, ötən ilin aprelində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu sübut edib.
Sonra film nümayiş olunub. Ekran əsərində Milli Qəhrəman Murad Mirzəyevin (1976-2016) keçdiyi həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi və Aprel döyüşlərindəki qəhrəmanlığından bəhs edilir. Ekran işinin müəllifi rejissor və ssenarist Bəxtiyar Qaracadır.
Sonra Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev və başqaları çıxış ediblər. Torpaqlarımızın işğaldan azad olunacağına əminlik ifadə olunub.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.15.