Müasir fortepiano musiqisinə dair konsert-seminar
Bakı Xoreoqrafiya Akademiyasında
(BXA) Musiqi fənləri
kafedrasının təşkilatçılığı
ilə “Azərbaycanın
müasir fortepiano musiqisi:
yaradıcılıq və
ifaçılıq xüsusiyyətləri”
mövzusunda bəstəkar
Eldar Dadaşovun əsərlərindən ibarət
konsert-seminar keçirilib.
Kafedranın müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli dosent, Əməkdar mədəniyyət işçisi, bəstəkar-pianoçu Eldar Dadaşovun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olan Eldar Dadaşovun yaradıcılığı janr və üslub baxımından rəngarəng, eyni zamanda zəngindir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Eldar Dadaşovun müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olduğunu vurğulayıb.
Tədbir BXA-nın tam orta məktəbinin şagirdləri, bakalavr və magistr tələbələrinin ifasında Eldar Dadaşovun əsərləribdən ibarət konsert proqramı ilə sona çatıb.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.15.