“Çölçü”
bədii filmi Hindistanda mükafata layiq görülüb
Rejissor Şamil Əliyevin
“Çölçü” bədii
filmi Hindistanda keçirilən Kəlküttə
Beynəlxalq film festivalının
“Ən yaxşı bədii film” mükafatına
layiq görülüb.
Bu barədə
rejissor özü məlumat verib.
Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında
istehsal olunmuş “Çölçü” filminin
ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Şəhər həyatından uzaqda,
təbiətlə ünsiyyətdə
gənc çölçü
yaşayır. Atası ona
çölçülük həyatının sirlərini
öyrədir. Atası
vəfat edəndən
sonra o, qəsəbədən
gəlmiş qızla
tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə açır, tanımadığı
dünyaya daxil olur...
Qeyd edək
ki, “Çölçü”
bədii filmi indiyədək 30-dək beynəlxalq
festivalda iştirak edib. Ekran əsəri 4 dəfə
ən yaxşı film kimi
baş mükafatlara,
3 dəfə ən yaxşı rejissor
işinə görə, ən yaxşı ssenari,
qadın oyunçu və “Humay”
milli mükafatına layiq
görülüb.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.16.