“Könüldən könülə yollar görünür”
Vaqifin 300 illik yubileyinə
həsr olunmuş aşıq konserti
Böyük şair Molla Pənah Vaqifin (1717-1797) 300 illiyi ilə bağlı dövlət başçısının müvafiq sərəncamına əsasən, əlamətdar yubiley ölkəmizdə geniş tədbirlərlə qeyd ediləcək. Söz ustadının 300 illiyi UNESCO səviyyəsində də qeyd ediləcək.
Azərbaycan Aşıqlar Birliyi də bu münasibətlə tədbirlər planı hazırlayıb. Qurumun katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, may ayının birinci ongünlüyündə Azərbaycan Dövlət Filarmoniyasında “Molla Pənah və aşıq sənəti” mövzusunda ədəbi-bədii proqram və aşıq konsertinin keçirilməsi nəzərdə tutulub.
Konsert
proqramında Vaqifin qoşma
və gəraylıları, gözəlləmələri,
deyişmələri saz havaları
üstündə oxunacaq, Vaqif
poeziyası ruhunda sonrakı dönəm
aşıqların yaratdıqları dastanlardan
parçalar və aşıq
mahnıları teatral şəkildə təqdim
olunacaq.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.2.