Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi

 

 

   Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında (keçmiş "Səadət sarayı") Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyiMilli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

   Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində tarix və mədəniyyət abidələrinin neftlə işlənən rəsm əsərlərinin sərgisi ilə tanış oldular. Əsərlərin müəllifi Sabir Çopurov və Xəzər Nəbiyevdir.

  

   “Tarixi-mədəni abidələrin qorunması və təbliği yönündə ardıcıl işlər görülür

  

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin təzahürüdür: “18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə tədbirlər keçirilir, paytaxtda və bölgələrdə müxtəlif formatlı layihələr icra edilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günləri keçirilir. Ölkəmizdə tarixi-mədəni abidələrin qorunması və təbliği istiqamətində ardıcıl işlər görülür”.

   Vurğulandı ki, bir sıra tarixi abidələrimiz bu gün yalnız bizim deyil, UNESCO-nun mədəni irs siyahısına salınaraq bütün bəşəriyyətin sərvətləri kimi tanınır. Qobustan qayaüstü rəsmləri, İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı) Dünya irs siyahısında yer alıb.

   Nazir Ermənistanın Azərbaycana hərbi təcavüzünün fəsadlarını, tarixi-mədəni irsimizə qarşı vandalizm siyasətinin nəticələrini də diqqətə çatdırdı: “İşğal olunmuş ərazilərimizdə qalan abidələrin bəziləri dağıdılıb, bəzilərinin üzərində tarixi faktlar təhrif olunubbu cür addımlar bu gündavam etdirilir. İşğal altındakı torpaqlarımızda olan bütün abidələr - Azıx mağarasından Alban kilsələrinə qədər - hamısı Azərbaycan xalqına məxsusdur. Biz oradakı vəziyyət haqqında dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz narahatlığımızı çatdırmışıq”.

   Qədim abidələrin, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçünçox böyük əhəmiyyət kəsb etdiyini deyən nazir son vaxtlar ölkə Prezidenti tərəfindən tarixi-mədəni irsin qorunması ilə bağlı imzalanan fərman və sərəncamların önəmini vurğuladı. Bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizin mədəni irsi qorunur, tədqiq olunurdünya arenasında geniş təbliğ edilir: “Bu sırada Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətini qeyd etmək istərdim. Dövlət tərəfindən tarixi abidələrə diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır. Vaxtilə sıradan çıxarılmaq təhlükəsi ilə üzləşən İçərişəhər indi dünya tərəfindən bərpa edilmiş ən yaxşı tarixi şəhər kimi qəbul olunur. Qobustan qoruğundakı muzey 2013-cü ildə Avropanın 5 ən yaxşı muzeyi sırasına daxil oldu. Yeni Xalça Muzeyi müasir Azərbaycan memarlığının unikal örnəkləri sırasına daxil olub. Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyiön sırada olan muzeylərimizdəndir. Biz cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, insanlar müvafiq qurumların keçmişin, tarixi irsin qorunmasına xidmət etdiyini dərk etsinlər. Bu işdə ictimaiyyət də fəal, təəssübkeş olmalıdır”.

   Əbülfəs Qarayev sonda mədəni irsimizin, abidələrin, tarixi yerlər və muzeylərin təbliği istiqamətində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi.

  

   Üç dildəSirli Bakımobil tətbiqi

  

   Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi olan, smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə tanıtım məqsədi daşıyanSirli Bakılayihəsi təqdim olundu.

   “PAŞA Həyat Sığorta”nın İdarə heyətinin sədri Ülviyyə Cabbarova layihə haqqında ətraflı məlumat verdi.

   Bildirdi ki, layihənin məqsədi yerli əhalinin və əcnəbi qonaqların tarixi abidələrimiz barədə maariflənməsinə dəstək olmaqdır: “Layihəyə əsasən, Bakıda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlər quraşdırılacaq. Bu stendlərə yaxınlaşaraq smartfonlar vasitəsilə bu məkanlar barədə virtual şəkildə interaktiv informasiya əldə etmək mümkün olacaq. Android və İOS əməliyyat sistemlərində işləyən mobil tətbiq Azərbaycan, rusingilis dillərində çalışır ki, bu da həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının ondan faydalanmasına şərait yaradır. Tətbiqdə 46 tarixi abidə haqqında ən maraqlı və interaktiv məlumatlar təqdim olunur”.

 

   Mükafatlar sahiblərinə verildi

  

   Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmişMilli irs mükafatı” bu sahə üzrə fərqlənmiş şəxslərə təqdim edildi.

   Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru Səfər Aşurov, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva, Azərbaycan irsinin təbliğində xidmətlərinə görə “Kaspi” qəzetinin baş redaktoru İlham QuliyevMilli irs mükafatı”na layiq görüldülər.

   Mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun (Şəki) direktoru Təranə Abdullayeva, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə isə Goranboy rayonundan abidə mühafizəçisi Akif Mustafayev və Siyəzən rayonundan abidə mühafizəçisi Mahir Ağayev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edildilər.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.3.