Şopinq festivalına maraq hər gün daha da
artır
“Ötən müddətdə 350 min manat
həcmində ƏDV alıcılara
geri qaytarılıb”
“Bu yaxınlarda
bizi olduqca narahat edən faktlar aşkarlanıb.
Azərbaycanın işğal altında
olan ərazilərində
bizim tarixi abidələri guya yenidən tədqiq etmək adı altında, qazıntılar
aparmaqla tarixi uydurma məqsədləri
daşıyan işlər
görülür. Təəssüf ki, bəzən digər ölkələrin
alimləri də bu cür işlərə
cəlb olunurlar”.
Bu fikri
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev aprelin 18-də Beynəlxalq
abidələr və tarixi yerlər günü münasibətilə
keçirilən mərasimdə
jurnalistlərə açıqlamasında
deyib.
Nazir vurğulayıb ki, belə məsələlərdə
Azərbaycanın mövqeyi
prinsipialdır: “İşğal
altında olan ərazilərimizdə qanunsuz
qazıntılar aparılacaqsa,
bu işlər çərçivəsində hər hansı bir xarici şirkət,
mütəxəssis iştirak
edəcəksə, o, Azərbaycanda
“qara siyahı”ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq.
Prezident İlham Əliyevin tapşırığı ilə
Xarici İşlər
Nazirliyi müvafiq bəyanatlar verib. Biz də nazirlik
olaraq UNESCO, İSESCO səviyyəsində
narahatlığımızı bildirmişik”.
* * *
Nazir may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı təşkil olunacaq mədəni proqramlar haqqında da məlumat verib: “Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti və ənənələrinə həsr olunan proqramlar təqdim olunacaq. Lakin bu o demək deyil ki, bu təqdimatlar yalnız islam mədəniyyətinə aid olacaq. Azərbaycan xalqı dünyəvi proseslərin də iştirakçısıdır. Ona görə də biz bunu sintez etməyi düşünürük. Hesab edirik ki, bu da qonaqlarımızın marağına səbəb olacaq”.
* * *
Aprelin 10-da başlanan Bakı Şopinq Festivalının da uğurla davam etdiyini qeyd edən Əbülfəs Qarayev ötən bir həftədə 350 min manat vəsaitin “Tax free” sistemi üzrə Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarıldığını bildirib. Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faizinin qaytarılması deməkdir: “Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları bunu aradan qaldırırlar”.
Nazir qeyd edib ki, Şopinq festivalına maraq hər gün daha da artır: “Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük, elə də geniş təbliğat və reklam olmamışdı. Amma bununla belə festivala böyük maraq var”.
Fariz
Mədəniyyət.- 2017.- 19
aprel.- S.3.