Tvinninq layihəsi üzrə treninq
başa çatıb
Aprelin 14-də Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində Milli İncəsənət Muzeyində mədəniyyət sektoru işçiləri üçün təşkil edilən “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim kursu sona çatıb.
Treninqin keçirilməsində məqsəd mədəniyyət sektoruna dair layihələr üçün maliyyələşmə imkanları, eləcə də beynəlxalq donorlara təqdim olunması üçün layihə təkliflərinin hazırlanmasına dair zəruri bilikləri təmin etmək idi.
Treninq İtaliyanın “Confservizi Cispel” regional assosiasiyasının beynəlxalq fəaliyyətlər üzrə təcrübəli əməkdaşları Marko Simonçini və Massimo Gacci tərəfindən ingilis dilində keçilib. Təlimdə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti, nazirliyin Milli Turizm Təbliğat Bürosu, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Milli İncəsənət, Xalça, Teatr, İstiqlal, Musiqi Mədəniyyəti muzeylərinin, Teatr Təlim Mərkəzi, Yuğ Teatrı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak edib.
Dördgünlük təlimin ilk iki günü nəzəri biliklərə və müxtəlif təlimat sənədlərinə həsr olunub. Növbəti iki gündə isə iştirakçılar qruplar şəklində sınaq layihə təklifi hazırlayaraq auditoriya qarşısında təqdim ediblər. Həm təlimçilər, həm də iştirakçılar auditoriyanın aktivliyindən və seminarın gedişindən məmnun qaldıqlarını ifadə ediblər.
Sonda
Azərbaycan tərəfindən layihə rəhbəri, nazirliyin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Vasif Eyvazzadə və layihənin Azərbaycandakı
yerli koordinatoru Alessandro Bianki
iştirakçılara sertifikatlar təqdim
ediblər.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.4.