Alman məskənlərinin 200
illiyinə dair tədbirlərlə
bağlı fikir mübadiləsi
aparılıb
Aprelin 14-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux ilə görüşüb.
Görüş zamanı nazirliklə Berlin Humboldt Universiteti arasında əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi imkanları, həmçinin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması çərçivəsində müvafiq tədbirlərin təşkili müzakirə olunub. Yubiley tədbirləri ilə əlaqədar il ərzində Bakı, Göygöl, Gürcüstan və Ukraynada “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” başlıqlı fotosərginin təşkilindən bəhs edilib, nazir müavini bununla bağlı tövsiyə və tapşırıqlarını bildirib.
Professor Eva
Maria Aux Azərbaycan Turizm və Menecment Universiteti ilə Almaniya
Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən
həyata keçirilən “Keçmiş
alman məskənlərinin izləri olan Azərbaycanın qərb regionu
üzrə beynəlxalq bazara təqdim oluna biləcək davamlı turizm
məhsulunun yaradılması və təbliği” layihəsində
iştirak məqsədilə ölkəmizə
gəlib.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.5.