Milli Kitabxanada çexiyalı diplomatla görüş
Çexiya Milli Kitabxanasının fondundakı Azərbaycana
aid ədəbiyyatın yeni
kataloqu hazırlanıb
Aprelin 18-də Çexiya Respublikasının Bakıdakı
səfirliyinin əməkdaşı
Petr Vagner Milli Kitabxanada olub. Qonağı qəbul edən
kitabxananın direktoru
Kərim Tahirov iki ölkə arasında dostluq və əməkdaşlıq
əlaqələrindən söz
açıb.
Öz növbəsində Petr Vagner ikitərəfli
mədəni əlaqələrdən
bəhs edərək Çexiya Milli Kitabxanasının fondunda
Azərbaycana aid ədəbiyyatın
qorunduğunu deyib.
Kərim Tahirov 2011-ci ildə həmin kitabxanada olarkən Şərq ədəbiyyatı fondu ilə yaxından tanış olduğunu, orada saxlanılan qədim ərəb, fars və türk dilləri əlyazmalarının
kataloqunun mükəmməl
olmadığını diqqətə
çatdırıb. Bildirilib ki,
iki ölkənin milli kitabxanaları arasında imzalanmış
əməkdaşlıq haqqında
memorandumun şərtlərinə
uyğun olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları
əlyazmaları tədqiq
etmək məqsədilə
2 dəfə Çexiyaya
ezam olunublar. Görülən işlərin nəticəsi
və qarşı tərəflə əldə
olunmuş razılığa
əsasən Çexiya
Milli Kitabxanasında qorunan Azərbaycana aid əlyazmaların kataloqu tərtib olunub. Hazırda kataloq ingilis dilinə tərcümə
olunur, tezliklə çex dilinə tərcümə olunmaq üçün təqdim
ediləcək. Kataloqun təqdimatı
28-30 sentyabr tarixində
keçiriləcək V Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Çexiya Milli Kitabxanasında olacaq.
Sonda qonağa kitablar
hədiyyə edilib.
L.Azəri
Mədəniyyət.- 2017.- 19
aprel.- S.5.