İslam qaydaları ilə istirahət
Türkiyədə
keçirilən I Beynəlxalq halal turizm konqresinə ölkəmiz də
qatılıb
Aprelin 7-dən 9-dək Türkiyədə I Beynəlxalq halal turizm konqresi keçirilib.
Tədbirin keçirilməsində məqsəd halal turizm (İslam qayda və normaları) ilə istirahət istiqamətində araşdırma aparan alimləri, turizm mütəxəssisləri, potensial müştəriləri bir araya gətirmək, fikir və təcrübə mübadiləsi aparmaqdır.
Konqresdə halal turizm şəbəkəsinin yaradılması, təbliği, marketinqində ortaq iş birliyinin qurulması, yeni məhsulların təqdim olunması, məhsul və xidmətlərin daha yüksək səviyyədə təşkili kimi məsələlər gündəmdə olub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov iştirak edib.
Rəhman Səfərov “Azərbaycanda turizm sektoru: turizm təhsili və halal turizm məkanına bir baxış” adlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın turizm sektoru, turizm mərkəzləri və növləri, Azərbaycanda turizm təhsili barədə məlumat verilib.
Həmçinin
tədbirdə halal turizm
qonaqlama, səyahət, rekreasiya
və başqa turizm fəaliyyətlərindən
yaranan ehtiyacların islam
qayda və inanclarına uyğun
şəkildə qarşılanması ilə əlaqədar
fəaliyyətlər müzakirə olunub.
Vurğulanıb ki, dünya
turizm bazarı illik
8,3 % böyüdüyü halda halal turizm
bazarı ortalama 4,8 % həcmində
genişlənir. Bu turizm bazarı
2015-ci ildə 108 milyon
turist və 145 milyard dollar təşkil edib. 2020-ci ildə bu rəqəmin 180 milyon turist və
200 milyard dollar həcminə
yüksələcəyi gözlənilir.
Fariz
Mədəniyyət.- 2017.- 19
aprel.- S.9.